SABAH tələbələri üçün “Olumlu Davranışsal Dəstək” təlimi uğurla tamamlandı
TƏLƏBƏLƏR
02 Dekabr 2025
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi ilə Azərbaycan Beynəlxalq Maarif Məktəbləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Olumlu Davranışsal Dəstək” təlimi uğurla yekunlaşıb. Pedaqoji yönümlü tələbələr üçün təşkil olunan proqram çərçivəsində iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimdə pedaqoji fəaliyyətə hazırlaşan magistrantlar və 4–5-ci kurs bakalavriat tələbələri olmaqla ümumilikdə 30 nəfər iştirak edib. Proqramın əsas məqsədi SABAH qruplarının pedaqoji yönümlü tələbələrinin gələcək müəllim kimi peşəkar bacarıqlarını gücləndirmək və məktəb mühitində müsbət davranış yanaşmalarını təşviq etmək olub.
Qeyd edək ki, 4 moduldan ibarət “Olumlu Davranışsal Dəstək” təlimi 7–28 noyabr 2025-ci il tarixlərini əhatə edib və iştirakçılar sonuncu modulun tamamlanmasından sonra sertifikatla təltif olunublar.