ELANLAR

“Birləşmiş Krallıq universitetlərində süni zəka tətbiqləri” mövzusunda seminar keçiriləcək

23 Yanvar 2026

Keçirilmə tarixi: 23 Yanvar 2026

SABAH qrupları layihəsində yeni semestr öncəsi müəllimlərin peşəkar inkişafına yönəlmiş “Birləşmiş Krallıq universitetlərində süni zəka tətbiqləri” mövzusunda seminar keçiriləcək.

Seminarda #Çankaya Universitetinin prorektoru Prof. Dr. Buket Akkoyunlu tərəfindən Böyük #Britaniya universitetlərində süni zəkanın tədris prosesində və tədqiqatda tətbiqi, eləcə də bu sahədə mövcud çağırışlar və gələcək perspektivlər təqdim olunacaq və müzakirə ediləcək.